"Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik" - Mədəniyyət naziri

"Ermənistanın cinayət məsuliyyətinə cəlb olunmasını və təzminat ödəməsini istəyirik".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov Türkiyənin "Anadolu" agentliyinə müsahibəsində deyib.

Nazir Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi dağıntıları beynəlxalq məhkəmələrə çatdırmaq üçün işlərin aparıldığını bildirib:

"Biz müstəqil şirkətlərlə işləyirik. İşğaldan azad edilən bölgələrdə Ermənistanın törətdiyi dağıntıların balansını müəyyən etmək üçün işlər aparılır. Bütün məlumatlar toplandıqdan sonra beynəlxalq məhkəmələrə təqdim ediləcək. Ermənistan dövlət olaraq, cinayət məsuliyyətinə cəlb olunub təzminat ödəməlidir".

"Ermənistan Azərbaycan dövlətinə, xalqına, tarixinə, mədəniyyətinə qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımalıdır", - nazir vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar