Ermənistanda hərbçilərin müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlıq satılıb

Ermənistanda yaralı hərbçilərin müalicəsi üçün nəzərdə tutulan tibbi avadanlığı satılaraq külli miqdarda yeyintiyə yol verilib.

“Report” xəbər verir ki, bu barədə Kaliforniyada yaşayan Mixail Sariyan feysbuk hesabında yazı paylaşıb.

Müəllif qeyd edib ki, son iki il ərzində Ermənistan Müdafiə və Səhiyyə nazirliklərinə bütövlükdə 15 milyon dollar dəyərində tibbi avadanlıq və ləvazimat göndərib: “İndi də öyrənirəm ki, Ermənistana təmənnasız verdiyim bu dəyərli avadanlığın bir hissəsini müdafiə naziri satıb bir neçə milyon pul cibinə qoyubmuş. Aşağıdakı şəkillərdə gördüyünüz tibbi barokameralar ağır yanıq xəsarəti almış əsgərlər üçün nəzərdə tutulub”.

Yazıda sözügedən avadanlığın xaricə satıldığı bildirilib: “Onlar həmin avadanlığın hərəsini 700 min dollara satıb pulu də ötürüblər ciblərinə! Biabırçılıqdır. İnanmaq olmur ki, öz ölkəsini, öz xalqını bu cür satanlar da ola bilərmiş!”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar