HƏRBİ QULLUQÇUMUZ ŞƏHİD OLUB - Erməni snayper tərəfindən vurulub (FOTO)

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

Bu barədə "Report" Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilib.

Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcək.

635x100

Şərhlər

turan 2021-10-15 10:19:37

Nə qədər ki, orada minlərlə erməni silahlısı var bu belə də davam edəcək,atəşkəz dövrüdə olduğu kimi ,o köpəkləri birdəfəlik başları əzilməsə bu faciələr davam edəcək..Allah rəhmət eləsin şəhidimizə ,

Vətəndaş 2021-10-15 07:50:47

Biz bəyan etmişdik ki, bir güllə atılsa dəmir yumruq işə düşəcək. Görünür vaxtdır. Dəmir təpik vaxtı çatıb.

RR 2021-10-15 05:24:25

Allah rehmet elesin ) noolacaq bunun axri ? 1 shehide 10 ermeni diqasin qirmasaq, cetin olacaq bizim ûcûn !!!

Son yazılar