Bayden Avropa ölkələrinə səfər edəcək

ABŞ prezidenti Co Bayden Avropa ölkələrinə səfər edəcək. Bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki məlumat verib.

Onun sözlərinə görə, dövlət başçısı 29 oktyabr – 2 noyabr aralığında Vatikan, İtaliya və Şotlandiyanı ziyarət edəcək. Prezident Roma Papası ilə görüşün ardından, Böyük İyirmilik sammitində iştirak edəcək.

Daha sonra Bayden BMT-nin İqlim Dəyişikliyi Çərçivə Sazişi tərəflərinin 26-cı Konfransının açılışında iştirak etmək üçün Şotlandiyaya yollanacaq . ( TRT)

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar