Menu

Parlamentdə icbari tibbi sığorta sahəsində olan problemlərlə bağlı dinləmə keçiriləcək

15.10.2021, 12:46
Parlamentdə icbari tibbi sığorta sahəsində olan problemlərlə bağlı dinləmə keçiriləcək

“Milli Məclisdə icbari tibbi sığorta sahəsində olan problemlərlə bağlı dinləmə keçiriləcək”.

“Report”un xəbərinə görə, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanunverici orqanın bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu yaxınlarda Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyi ilə birlikdə parlamentdə dinləmə keçiriləcək: “Orada xidmətlər zərfinə daxil olan məsələlər və onların qiymətləri də müzakirə ediləcək”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol