ELMİRA SÜLEYMANOVA HƏR RESTORANI BƏYƏNMİRMIŞ... - Sabiq nazirdən sabiq ombudsmanla bağlı maraqlı paylaşım

“Bir neçə il bundan əvvəl Ombudsman aparatının o vaxtkı rəhbəri Elmira xanım Süleymanova Avropa İnsan Haqları müvəkkillərinin görüşündə iştirak etmək məqsədi ilə Budapeştə gəlmişdi. Toplantı başa çatandan sonra onu ən yaxşı restoranlardan birinə - Budapeştin şəhər parkında, süni termal gölün kənarında yerləşən "Robinzon"a dəvət etdim. Qapıda menecer hörmətlə qarşıladı, ayrılmış masaya qədər müşayiət etdi. Ofisiant dərhal əmrimizə müntəzir dayandı. Elmira xanım isə ətrafa göz gəzdirib bir az da rişxəndlə "Даа, очень претенциозная столовая" -dedi.

Zarafata salıb onu xalqın arasında olmaq üçün belə yerə gətirdiyimi dedim. İçəridən isə bir az pərt oldum ki, qonağı mötəbər sayılan restorana dəvət edirəm, o da belə qiymət verir... Nə isə...”

“AzPolitika.info” xəbər verir ki, bu xatirələrini Azərbaycanın Xarici İşlər naziri və Macarıstandakı səfiri vəzifələrini daşımış Vilayət Quliyev özünün “feysbuk” səhifəsində paylaşıb.

Sabiq nazirin bu paylaşımından belə məlum olur ki, Elmira Süleymanova hər restoranı bəyənmirmiş və rişxəndlə "Даа, очень претенциозная столовая"(hə, çox iddialı yeməkxanadır) deyərək, kifayət qədər elitar restoranı “yeməkxana” adlandırması da bundan irəli gəlib.

Deməli ombudsmanımızın adətən nahar, yaxud şam etdiyi restoranlar bundan qat-qat bahalı və elitar olub. Belə görünür ki, insan haqları müvəkilliyi, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması və birbaşa vəzifəsinə aid digər işlərdə çox yarıtmaz fəaliyyət göstərən Elmira xanım “kafe-restoran” məslələrindən daha yaxşı baş çıxarırmış. Yəqin müftə qrantlar və dövlətdən aldığı digər vəsaitlər hesabına gəzib dolaşdığı ölkələr, restoranlar və s. ilə müqayisədə doğrudan da Vilayət Quliyevin dəvət etdiyi məkan çox kasıb və zəif imiş...

Ümumiyyətlə, heç kimə sirr deyil ki, Azərbaycanda İnsan Haqları Müvəkkilliyi institutu yaranan gündən bu yana cəmiyyətimizin ombudsman sarıdan bəxti heç zaman gətirməyib. İnsan haqlarını qorumaq və digər faydalı fəaliyyətlər əvəzinə yaxşıca pul mənimsəmə maşınına çevrilən bu aparat uzun illər əsas etibarilə məddahlıq, saxtakarlıq və korrupsiya mənbəyi kimi tanınıb.

Elə yeni ombudsmanımızı da təəssüf ki, cəmiyyətimizdə çoxları insan haqları müdafiəçisindən daha çox Ramiz Mehdiyevin nəvəsinin məşhur hay-küylü toyundakı iştirakı və bunun ətrafında yaranan qalmaqalla tanıyır...

C. Məmmədov

“AzPolitika.info” 

635x100

Şərhlər

RR 2021-10-17 16:33:11

Bizde ombudsmen var beyem ? olmayib axi hecvaxt

Alim 2021-10-17 12:41:24

Azərbaycanda hüquqşünas yoxdurmu? Niyə kimyaçı ombudsmanlıq edir, fizik Bakıya merlik? Axı bu məxluqlar heç düz əməlli-başlı kimyaçı və fizik də deyillər? Vilayət bu yazıları indi niyə paylaşır? Guya Vilayət əməlli-başlı adamdır? Hamısı bir-birinin tayıdır.

Eko 2021-10-17 11:04:52

Vallahi adam utanir ,,,,,Bunnar utanmirlar ))))

t.ədalət 2021-10-17 10:47:06

Azərbaycan hakimiyyətindəki Elmira Süleymanovlar,vaxtı ilə Puşkinin Birinci Pavel haqqında yazdığı şeirləri yada salır.Bizdən sonra gələn yazarlar bu obrazları canlandırmaq gələcvəkdə böyük bazaya malik olacaqlar..

Aborigen 2021-10-17 09:37:47

Daldan atılan daş...

Hərbi pensiyaçı 2021-10-17 07:20:06

Milli Məclisə təqdim etdiyi hrsabat orta məktəb şsgirdinin yazdığı inşaya oxşayırdı.

t.ədalət 2021-10-16 23:55:50

Fikrini rusca ifadə edənlərlə ermənilər arasında bir elə fərq yoxdur.Bu xanımın xaricdə belə rusca rəy bildirməsi onun nə qədər anti-milli birisi olduğunu təsdiq edir.Azərbaycan ona görə bədbəxt idi ki,rusca düşünüb,rusca işləyən onursuz insanların əlində qalmışdı ....

Niyaməddin 2021-10-16 23:48:36

əclafları, rüşvətxorları, xainləri həbs etmək lazımdır.

rasim quliyev 2021-10-16 22:32:00

Elmira Suleymanovanin goresen ne qedervillasi var?harda evleri var goresen zavod fabriki yoxdur

Roma 2021-10-16 18:37:12

Belə bir yazı tam kifayətdir ki, Elmira Süleymanova kimisinin ombudsman adına layiq olmamağına sübutdur. Görün bu insan özünü nə əvəzedilməz bir persona hesab edir...

Vahid 2021-10-16 17:25:21

Yeməsə bu boyda olmazdır axı. Məsəl var " əvvəl gödəniyyət, sonra olsa da olmasa da insan hüquqları" Qət təzə atalar məsəlidir və ilk dəfə Azpolitika qardaşın səhifəsinə peşkəş edirəm, halal halal xoşu olsun...

Togrul 2021-10-16 14:47:04

bəyəm toyda iştirak nə vaxtdan pis iş olub? Bəs müharəbədə ön cəbhədə olanda yeni ombudsman siz harda idiniz

Surxay 2021-10-16 14:28:46

Hər halda yeni Ombudsmanla köhnəni müqaisə etmək olmaz. Savadlı, təvəzokar Səbinə Əliyeva xalq tərəfindən daha sevilir

RR 2021-10-16 12:43:43

bes ne qôzleyirdiniz ? elmira kimiler , coxdu vezifede) xalqin pulun yeyirler , milletide betenmirler !!!

Amin 2021-10-16 12:24:39

Nə yaxşı ki,sizin kimi mübariz jurnalistlər var

Son yazılar