“İranın keçirdiyi hərbi təlimlər Zəngəzurdan keçən dəhlizlər və yollar məsələsində təzyiqlərin göstərilməsini istisna etməklə bağlı Ermənistan üçün ciddi dəstək idi”.
Bu sözləri Ermənistanın keçmiş müdafiə naziri, Ermənistan parlamentinin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan deyib.
Ohanyan qeyd edib ki, lazım gələrsə, İranla Ermənistan arasında strateji sahədə əməkdaşlığı dərinləşdirmək, yeni müqavilələr imzalamaq lazımdır.
“Hələlik ilkin şərtlər yoxdur ki, İranla Azərbaycan arasında hərbi toqquşmanın mümkünlüyü barədə danışmaq mümkün olsun. Bu halda geosiyasi xarakterli hadisələrin inkişafı zamanı güc mərkəzlərinin maraqları da toqquşur. Mənə elə gəlir ki, bu güc mərkəzləri bənzər toqquşmaya icazə verməyəcək”, - deyə Ohanyan bildirib. (Ordu.az)


Şərhlər
Biz bir Millet ve Dövlet olaraq İran İslam respublikasının 30 illik dövrde bize olan düşmen münasibetini ve son vaxtlar bizim serhedlerde heyata keçirdiyi ermeniye destek herbi telimlerini yaddan çıxarmamalı ve bütün dünya müselmanlarını bu barede herterefli melumatlandırmalıyıq ki dünya görsün ki,bunlar müselman deyil Xristiandır ,Allahsızdır.Ve hemişe susl vermek lazımdır ki Sen mescidinde fonuz saxlayana niye ve ne üçün kömek etmisen.Gec tez onlar bu sualları cavablandırmalıdırlar.