Menu

Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

18.10.2021, 08:58
Ceyhun Bayramov Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Müstəqilliyini bərpa etməsi Günü münasibətilə tvitter hesabında paylaşım edib.

APA-nın məlumatına görə, paylaşımda deyilir:

“30 il bundan öncə, 18 oktyabr tarixində, Azərbaycan öz müstəqilliyini bərpa etdi. Bu il 44 günlük Zəfər salnaməsinin ildönümü ilə üst-üstə düşən Müstəqilliyin Bərpası Günü münasibətilə bütün həmvətənləri ürəkdən təbrik edirəm. Yaşasın müstəqil Azərbaycan!”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol