18 oktyabr - Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpasının 30 illiyi münasibəti ilə Azərbaycanın İrandakı Səfirliyində bayram tədbiri keçirilib.
APA-nın Tehran müxbirinin məlumatına görə, tədbirdə Azərbaycanın İrandakı səfiri Əli Əlizadə çıxış edib.
Sonra vətənpərvər və istedadlı azərbaycanlı uşaqlar şeir oxuyub və onların ifasında "Naz eləmə" xalq rəqsi nümayiş etdirilib.


Şərhlər