Türkiyə səfiri xalqımızı Şəhriyarın şeiri ilə təbrik etdi - FOTO

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda deyilir:

"Qardaş Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ilini ürəkdən təbrik edirik. Müstəqilliyiniz və qardaşlığımız əbədi olsun.

“Könlüm quşu qanad çalmaz,

Sənsiz bir an, Azərbaycan” (Şəhriyar)", - paylaşımda bildirilib.

635x100

Şərhlər

Niyaməddin 2021-10-18 19:25:19

Azərbaycan. Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqinilə yaşayıram,Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan.Vətən eşqi məktəbində can verməyii öyrənmişik, Üstadımız demiş heçdir vətənsiz can, Azərbaycan! Övladların nə vaxtadək tərki-vətən olacaqdır? Əl-ələ ver, üsyan elə, oyan oyan Azərbaycan! Yetər fəraq odlarından od ələndi başımıza, Dur ayağa! Ya azad ol, ya tamam yan, Azərbaycan! Şəhriyarın ürəyi də səninki tək yaralıdır, Azadlıqdır sənə məlhəm, mənə dərman, Azərbaycan! Məhəmməd Hüseyn Şəhriyar ƏSİR AZƏRBAYCANIM Hanı məni göl qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə "layla balam" çağıran... Azərbaycan, mənim baxtsız anam oy... Neçə ildir həsrətinlə yanam oy... Salam desəm, ruzgar alıb götürsə, Ağrı dağından Alagözə ötürsə, Gur səsimi göy Xəzərə yetirsə, Xəzər coşub zəncirini qırsa oy... Hökm etsə, bu sərsəm gediş dursa oy... Könlümə tək Kə'bə etdim səni mən,Sənsiz neylim qürbət eldə günü mən,Sənsiz neylim Allahı mən, dini mən...Azərbaycan, mənim tacım, taxtım oy...Oyanmazmı kor olası baxtım oy...Almas İldırımVƏTƏN. Könlümün sevgili məhbubu mənim, Vətənimdir, vətənimdir, vətənim. Məni xəlq eyləmiş əvvəlcə Xuda, Sonra vermiş vətənim nəşvü nüma. Vətənim verdi mənə nanü nəmək, Vətəni məncə unutmaq nə dəmək?! Anadır hər kişiyə öz vətəni: Bəsleyib sinəsi üstündə onu. Südüdür kim, dolanıb qanım olub, O mənim sevgili cananım olub. Saxlaram gözlərim üstə onu mən, ölərəm, əldən əgər getsə vətən. Vətənin ne'məti nisyan olmaz, Naxələflər ona qurban olmaz. Vətən - əcdadımızın mədfənidir, Vətən - övladımızın məskənidir. Vətənin sevməyən insan olmaz, Olsa, ol şəxsdə vicdan olmaz. 1909 Abbas Sehhət AZƏRBAYCAN DEYƏNDƏ Vətən mənim bu günüm, Sabahkı toy-düyünüm. Haqqım var ki, öyünüm Azərbaycan deyəndə. Ürəklərdə döyünüm, Azərbaycan deyəndə. "Hər ölkəyə, hər elə, Olsun hörmət", deyirəm. "Vətənindir, vətənin, İlk məhəbbət", deyirəm. "Onun şöhrət tacıdır, Şe'r-sənət" deyirəm. Mən vətənə, "Füzuli, Abbas Sehhət" deyirəm! Mən vətənə, "Sabiri Doğan qeyrət", deyirəm! Mən vətənə, "Üzeyir, Müşfiq, Səməd", deyirəm! "Günəş kimi müqəddəs Bir həqiqət", deyirəm, Azərbaycan deyəndə. "Dünya məni dinləsin, - Diqqət, diqqət!", deyirəm. Azərbaycan deyəndə! Azərbaycan deyəndə, Ləpələr şairləşir. Anaların bətnində, Qara gözlü körpələr Pələngləşir şirləşir. Azərbaycan deyəndə, Müdrik qocalar kimi Dağlar da fikirləşir. Azərbaycan deyəndə "Haralısan?" sualı, Verənlərə ar olur. Qeyrətlilər birləşir, Qeyrətsizlər xar olur Azərbaycan deyəndə! Dostdan sovqat, muştuluq, Düşməndən bac alaram, Azərbaycan deyəndə! İşıq sütunu kimi Sabaha ucalaram, Azərbaycan deyəndə! Körpüləri, səddləri Sinəmlə parçalaram. Sərhəd məftillərində, Bu kobud əllərimlə Bir muğamat çalaram, Azərbaycan deyəndə! Azərbaycan! - Bu nida Qayaları silkələr. Sal daşların köksündə Çiçək bitər, gül bitər. Azərbaycan deyəndə, Təbim coşar, sel gələr, Sanma şöhrət pərdəsi, Ürəyimi kölgələr, Azərbaycan deyəndə. Gözümdə doğmalaşar Bütün xalqlar, ölkələr, Azərbaycan deyəndə! Tovfiq Bayram

t.ədalət 2021-10-18 13:23:13

Bizim məmurlar rus şairlərinin şeirlərini əzbərlədiyi kimi,türk qardaşlarımız da bizim şairləri sevib öyrənirlər.Torpağımızı zalımların əlindən xilas etdikləri kimi,inanırıq ki,mədəniyyətimizi və ədəbiyyatımızı da rusdillilərin basqısından qoruyacaqlar.

Son yazılar