Mixeil Saakaşvilinin vəziyyəti kritik həddə çatıb

Gürcüstanda həbsdə saxlanılan keçmiş prezident Mixeil Saakaşvilinin vəziyyəti ağırlaşıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə onun şəxsi həkimi Nikoloz Kipşidze məlumat verib.

O deyib ki, sabiq dövlət başçısının təcili olaraq xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb.

Həkim qeyd edib ki, M.Saakaşvili mənəvi cəhətdən güclü olsa da, fiziki cəhətdən zəifləyib və yeriməkdə çətinlik çəkir.

Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. Rustavidəki 12 saylı həbsxanada olan siyasətçi artıq 18-ci gündür aclıq aksiyası keçirir. Oktyabrın 13-də onun sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müxtəlif profilli həkimlərdən ibarət qrup yaradılıb. Qrup üzvlərinin bu gün M.Saakaşviliyə baş çəkəcəyi gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar