Menu

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb

18.10.2021, 16:30
Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb

Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması ilə bağlı cinayət işi açılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, 27.07.2004-cü il təvəllüdlü Sənay Qəhrəmanlının cinsi təcavüzə məruz qalması barədə müraciəti əsasında Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə Yasamal Rayon Prokurorluğunda başlanan cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülməklə istintaqın davam etdirilməsi İstintaq idarəsinə həvalə edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri həyata keçirilir.

"Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən kütləvi informasiya vasitələri və sosial media nümayəndələrinə müraciət edilərək, bu qəbildən olan həssas mövzularla bağlı etik və qanunvericilik normalarına riayət edilməsi, dəqiqləşdirilməyən və istintaqın gedişinə mane ola biləcək məlumatların yayılmaması xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Şərhlər

t.ədalət 2021-10-18 22:27:42

Sənay bir Azərbaycan qızıdır.Həm də atası vətənpərvər və əxlaqlı bir şəxsdir.İndi,bütün saytlar hadisəni uzada-uzada gedirlər.Bütün bu olanlara səbəb zamandır.Bəzən elə olur ki,ömrünü Rusiyanın yolunda girov qoyanlara,az qala heykəl ucaldırlar.Ancaq özümüzkünü qiymətləndirə bilmirik.Müxalifətdir deyə bu qədər olmaz.Onlar da azərbaycanlıdırlar.Yəni,bizik.

Helime 2021-10-18 18:07:10

Insanlarda abir-heya qalmayib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol