NƏSİMİNİN İCRA BAŞÇISI İSTİNTAQDA DİNDİRİLİB

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sabiq Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində "FF" MTK-nın rəhbəri Tamilla İbrahimova ifadəsini davam etdirib.

O bildirib ki, 2012-ci ildə binanın tikilməsinə icazə verilsə də, 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti Dilarə Əliyeva 145-dəki evlərin sakinlərini köçürərək sökməyə başlayıb: “Daha sonra binanın ərazisi torlandı. Amma şəhərin baş memarı Akif Abdullayev əraziyə gələrək tikintinin saxladı, torları söküb apardı”.

2018-ci il oktyabrın 14-də Türkiyəyə əməliyyata getdim. Noyabrın 5-də mən əməliyyatdan qayıdanda bina tikilirdi. 2018-ci ilin dekabrında hələ iş gedirdi. Rasim Quliyevin sərəncamı isə 2018-ci ilin oktyabrında ləğv edilib. Amma ondan sonra tikinti davam edirdi”.

R.Quliyev deyib ki, onun sərəncamı ləğv edilsə də, tikinti davam etdirilib

Daha sonra prosesdə sənədlərin tədqiqinə başlanılıb.

Hakim bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov və müavini Qurban İsmayılov ibtidai istintaqda dindirilib. Hər iki şəxs söyləyib ki, binanın tikilməsi, tikintinin dayandırılması ilə bağlı onlara heç bir məlumat verilməyib. Onlar qeyd ediblər ki, həmin bina Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olmayıb.

Məhkəmənin növbəti iclası oktyabrın 25-də davam etdiriləcək.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, cinayət işi üzrə Bakı Şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi zərərçəkmiş qismində tanınıb. Məhkəmə prosesi oktyabrın 20-də davam etdiriləcək.

635x100

Şərhlər

t.ədalət 2021-10-19 10:56:49

Ayə,bu Asif Əsgərov Şamaxının girişinə ən sevimli heyvanı olan eşşək və onun arabasına heykəl ucaldan adam deyilmi?Şamaxılılar da bu əbləh "abidəni" Kam.AZ-la vurub dağıtmışdılar."Arxasını çör-çöplə bəzəyən",dəxi,kim qaldı vilayətdə?Onları da axtarıb,tapıb icra başı yapmaq lazımdır..

A.Məmmədov 2021-10-18 18:40:40

Sənədləri saxtalaşdırma və vəzifə səlahiyyətlərini aşma ittihamları ilə ittiham edilən Bakı şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevə qarşı aparılmış istintaqa zərərçəkmiş şəxs qismində cəlb edilmək xahişi ilə ölkə rəhbərliyinə çoxsaylı müraciətlər etdim. Məni zərərçəmiş kimi tanımadılar. Çünki yuxarıdan bu tapşırıq verilmədi. Prokurorluq yuxarıdan verilmiş tapşırıqlarla işləyir. Mən, 2001-2011-ci illərdə Bakı şəhər İcra hakimiyyətində Nəzarət şöbəsinin müdiri vəzifəsində çalışmışam. Bu illərdə vəzifə maaşım ailəmin yeganə dolanışıq mənbəyi olub. 2011-ci il 13 dekabr tarixdə mənim işdən azad edilməyim barədə sərəncam verilib. Sərəncam üçün əsas həmin dövrdə Bakı şəhər İcra Hakimiyyətinin Aparat rəhbəri işləmiş Rasim Quliyevin xidməti məlumatı olub. “Dövlət qulluğu haqqında Qanun”un 25.3 maddəsinə əsasən “Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır”. Bakı şəhər İcra Hakimiyyəti Başçısının araşdırma aparmaq barədə əmri yoxdur və məndən izhat alınmayıb. Bu xidməti məlumat qeydiyyatdan keçməyib və ikinci abzasındakı “Qəbulda olarkən” ifadəsinə görə bu xidməti məlumatın 13 dekabrdan sonra yazılması dəqiq müəyyən edilir. Çünki mən Bakı şəhər İcra Hakimiyyəti Başçısının qəbulunda 13 dekabr tarixində olmuşam. Xidməti məlumatın sərəncam veriləndən xeyli sonra yazılması kimyəvi ekspertiza yolu ilə də müəyyənləşdirilə bilər. Mən işdən azad olunmam barədə sərəncamı 06.01.2012-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətindən böyük çətinliklə ala bildim. Sərəncamda onun verilməsi üçün əsas götürüldüyü qeyd olunmuş xidməti məlumatı mənə vermədilər. Mən bir neçə dəfə kadrlar bölməsinin müdirinə zəng vuraraq, xidməti məlumatın verilməsini tələb etdim. O, mənə dedi ki, xidməti məlumat məhkəmə tələb etdiyi hallarda yazıb, oraya verirlər. Xidməti məlumatı mən, 2012-ci ilin payızında məhkəmə sorğusu əsasında əldə etdim və onunla tanış oldum. Məni işdən azad edəndə bu sənəd yox idi. Rasim Quliyevin vəzifə səlahiyyətlərini aşması, sənədi saxtalaşdırması nəticəsində mən on ildir ki, işsizəm. Ailəm zülm çəkir. Ailəm yeganə gəlir mənbəyindən, mənim Bakı şəhər İcra Hakimiyyətindən aldığım maaşdan məhrum olub. On il keçməsinə baxmayaraq bu maaş kartının PİN kodunu-3203-ü yadımdan çıxartmamışam. Çünki Rasim Quliyev kimi şöbə müdirlərindən fərqli olaraq, maaş mənim yeganə dolanışıq mənbəyim idi. Mən hesab edirəm ki, Rasim Quliyev tərəfindən mənə vurulmuş maddi ziyan ödənilməlidir. Bu ziyanın miqdarı mənim on il ərzində itirdiyim maaşların cəmidir. Mənim Ölkə rəhbərinə etdiyim müraciətlərə görə 9 iyun 2021-ci il tarixdə İlqar Səfərov adlı müstəntiq məni Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə İdarəsinə dəvət etdi. Məni dinlədikdən sonra özü kompyüterdə mənim əvəzimdən izahat yazıb, mənə qol çəkdirdi. Bu izahatdan imtina barədə Baş Prokurora müraciət etdim. İzahatdan imtinaya səbəb, müstəntiqin mənim üçün yazdığı bu izahatda, Rasim Quliyevin sənədi saxtalaşdırmasını və vəzifə səlahiyyətlərini aşmasını, mənim vəzifədən qanunsuz azad olmağım barədə keçirilmiş məhkəmələrin qərarları ilə ört-basdır etmək cəhdi ilə əlaqədardır. Müstəntiqlə söhbət zamanı Rasim Quliyevin tutduğu vəzifədən istifadə edərək, məhkəmələrin mənim iddiama mahiyyəti üzrə baxılmasına imkan verməməsi barədə məlumat verilib. Qanun yuxarıda oturanlara ziyan vurulanda işə düşür. Sadə insan üçün qanun-filan yoxdur. Nə qanun? Çox tələb edərsən tutub basarlar içəriyə.

Son yazılar