Menu

"Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək" - "Erməniləri burada məcbur saxlayırlar"

18.10.2021, 21:22
"Xankəndi sürətlə boşalır, Bakı sakitcə girəcək" - "Erməniləri burada məcbur saxlayırlar"

Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün rus sühməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları məcbur saxlayırlar. Axar.az-a xəbər verir ki, bu fikirlərlə erməni siyasi şərhçi Samvel Ohanesyan çıxış edib.

“Biz Qarabağda yaşayan ermənilər ilə mütamadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Biz Bakıya heç bir söz də deyə bilməyəcik, çünki bölgədə olan sülməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olara çıxıb.

Bu faciənin birinci mərhələsidir. İkinci mərhələ bu insanların Qarabağdan çıxdıqdan sonra hara üz tutması olacaq. İnanın ki, onlar heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmir – Rusiyaya və yaxud Qərb ölkələrinə üz tutacaqlar”, – deyə erməni ekspert qeyd edib.

Şərhlər

NİZAMa 2021-10-19 10:41:23

AZərbaycanlılar sovet dövründə belə sözdə üstün, işdə Zeynəb XANIM demişkən heç rəiyyət qədər saymırdılar? 70-100 ilə yaradılmış doğma evlərini, təsərrüfatlarını gələcək 30 ilə bərpa edə bilsələr dolğun zəfər-uğur da sayıla bilər?!

B.Qarabağlı 2021-10-19 04:54:55

Azı 28 il gecikiblər! Azərbaycanlıları oradan öz ata-baba ocaqlarından otuz il öncə qovublar? Yenə də onları zorla saxlayan Azərbaycan əzəli insan hüquqlarını pozmuş sayılacaq?

NİZAM 2021-10-18 22:36:57

Azərbaycanlılar Xankəndində satılan evləri satın alsa erməni məsələsi tam həll olar

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol