Fövqəladə Hallar Nazirliyi Bakıda baş verən güclü yanğınla bağlı məlumat yayıb.
Məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonunda ikimərtəbəli yataqxana binasının birinci mərtəbəsində ümumi sahəsi 35 kv.m olan iki otaqlı mənzilin yanar konstruksiyaları yanıb. Yanğın zamanı binanın 1-ci və 2-ci mərtəbələrindən yanğınsöndürənlər tərəfindən 15 nəfər sakin təxliyyə olunub.
Qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 12:24-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
* * *
13:44
Bakının Nizami rayonunda yataqxanada partlayış baş verib.
ANS PRESS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, partlayış Ordubadi küçəsində qeydə alınıb.
Hadisə saat 11 radələrində baş verib.
Əraziyə yanğınsöndürən və təcili yardım maşını cəlb edilib. Yanğının böyüməsinin qarşısını almaq mümkün olub.
Yanğın nəticəsində 3 nəfər xəsarət alıb. Onlardan biri xəstəxanaya yerləşdirilib. İkisinə isə ambulator yardım göstərilib. Hadisə haqda ətraflı məlumat verəcəyik.


Şərhlər