Menu

“Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək” - Nazir

19.10.2021, 14:11
“Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək” - Nazir

“Ermənistanın revanşist və ya əməkdaşlıq seçimini etməsi artıq bu ölkənin özü və vətəndaşlarının gələcəyi üçün verdiyi qərar olacaq. Azərbaycan tərəfdaşlığa və əməkdaşlığa yönəlik qərarları hər zaman müsbət cavablandırmağa hazırdır”.

“Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov oktyabrın 19-da Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçok ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O vurğulayıb ki, Azərbaycana qarşı hər hansı təhdid olarsa, buna adekvat cavab veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol