Menu

Rusiyada koronavirusla əlaqədar kütləvi tətil elan olunur

19.10.2021, 17:21
Rusiyada koronavirusla əlaqədar kütləvi tətil elan olunur

Rusiya Baş nazirinin müavini Tatyana Qolikova koronavirus pandemiyası ilə əlaqədər oktyabrın 30-dan noyabrın 7-dək ölkədə tətil günləri elan edildiyini bildirib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, işəgötürənlərə işçilərin peyvəndlənməsi üçün iki günlük istirahət vermələrini təklif edib.

Eyni zamanda noyabrdan sonra obyektlərin ancaq QR kodla açılması təklif olunub.

Bildirilib ki, bəzi bölgələrdə vətəndaşlar oktyabrın 23-dən tətilə göndərilə bilərlər.

T.Qolikova müvafiq təşəbbüslə Baş nazir Mixail Muşistinə müraciət edib və təklif dəstəklənib.

Sabah Prezident Vladimir Putinin məsələ ilə bağlı hökumətin iclasını keçirəcəyi gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol