Menu

"BakuBus"ın rəhbəri yenidən dəyişib

20.10.2021, 16:03
"BakuBus"ın rəhbəri yenidən dəyişib

Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus “BakuBus” MMC-nin direktoru Tural Mahmudov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, şirkətə rəhbərlik Elnur Qarayevə həvalə olunub.

T.Mahmudov nəqliyyat müəssisəsinin rəhbərliyinə bu ilin əvvəlində gətirilmişdi.

“BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə, 12 fevral 2021-ci il tarixli sərəncamı ilə isə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Şərhlər

Sədi 2021-10-20 19:10:33

Cavan kadr deyib vəzifəyə gətirirlər bunlar da hamısı lax çıxır. Təcrübə qazanana qədər it də gedir ip də. Bəziləri də yaşlılardan da betər pul hərisi, korrupsioner çıxır. Ümumən gənc kadr siyasəti iflasa uğradı. Ənənəvi kadr siyasətinə qayıdılmalıdır. Sözsüz ki gənclərə də tədricən yolvetilməklə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol