Menu

Zakir Qaralov avropalı komissarın xahişini yerinə yetirdi

27.10.2014, 16:41
Zakir Qaralov avropalı komissarın xahişini yerinə yetirdi

Baş Prokurorluq İntiqam Əliyevin ofisində axtarış zamanı götürdüyü materialları geri qaytarıb.

Bu materiallar vətəndaşların Avropa İnsan Hüquqları Məhkəməsindəki işlərinə aiddir.

Bu barədə "Turan"a vəkil Cavad Cavadov bildirib.

Şənbə günü o, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunub. AİHM-ə aidiyyatı olan sənədlər vəkilə verilib. Vəkilə üç çanta material verilib və onlar Əliyevlər ailəsinə çatdırılıb.

Xatırladaq ki, həmin materialların qaytarılması barədə məsələ ötən həftə Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Mujnieksin baş prokuror Zakir Qaralovla görüşündə qaldırılmışdı.

Bununla yanaşı, vəkil İ.Əliyevin səhhətindən narahatlığını bildirib. Belə ki, cümə günü məhkəmə zamanı onun ayaqları tutulub və təcridxanaya aparılıb.

Qohumlarının sözlərinə görə, hazırda İ.Əliyev kamerada həkim nəzarəti altındadır.

Onu da xatırladaq ki, İntiqam Əliyev avqustun 8-də vergidən yayınmaq, vəzifə səlahiyyətindən sui-istifadə və qanunsuz sahibkarlıqda ittiham olunaraq həbs edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol