Cənubi Koreya KXDR-ə qarşı sanksiyaları yumşalda bilər

"Cənubi Koreya Koreya Xalq Demokratik Respublikasının (KXDR) raket-nüvə proqramını dayandırması qarşılığında bu ölkəyə qarşı sanksiyaların yumşaldılması məsələsinə baxa bilər".

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Cənubi Koreyanın XİN rəhbəri Çon Iy Yen bu gün parlamentdə çıxışı zamanı bildirib.

“Şimali Koreyanın raket-nüvə potensialını inkişaf etdirməyi dayandırması üçün təcili tədbirlər görməliyik”, - nazir deyib.

Onun sözlərinə görə, KXDR dialoqa gedərsə, sanksiyaların yumşaldılması bu cür tədbirlərin bir parçası ola bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar