"BU HƏBSLƏR HƏM DƏ İRANA XƏBƏRDARLIQDIR" - "Görünür, bu adamların əməllərində..."

"Tarixən bütün ölkələr marağında olduğu başqa ölkədə casus şəbəkəsinin yaradılması, informasiya mənbələrinin əldə edilməsi ilə məşğul olublar. Onun sözlərinə görə, İranın Azərbaycanda casus şəbəkəsi isə yalnız informasiya əldə olunmasına yönəlməyib, həm də İran islam inqilabı ideyalarını bizim ölkədə yayıb dünyəvi dövlət quruluşunu dəyişməyə və şəriət dövləti qurmağa istiqamətlənib".

Bu sözləri təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl iranpərəst dindarların saxlanmasına münasibət bildirərkən deyib.

Xatırladaq ki, oktyabrın 19-da ilahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlu Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanıldığı barədə məluamt yayılıb. Onun özü sosial şəbəkədəki hesabından canlı yayım açaraq mənzildə axtarış aparldığını bildirib və hüquq mühafizə orqanları tərəfindən çağırıldığını bildirib. Amma gecə saatlarında Dövlət Təhlükəsizliyi Xidmətində şahid qismində dindirildikdən sonra sərbəst buraxıldığını açıqlayıb.

Həmin gün Azərbaycan Ruhanilər Məclisinin üzvləri - Sərdar Babayev, Cəlal Şəfiyev, Qadir Məmmədov və Təmkin Cəfərovun saxlanıldığı bildirilir. Onların iranpərəst maide.az saytının əməkdaşları olduğu bildirilir.

Ekspert əlavə edir ki, İran xüusi xidmət orqanlarının fəaliyyəti Azərbaycan Respublikasına və onun xüsusi xidmət orqanlarına məlumdur: “Sadəcə bəzən iki ölkə arasında münasibətləri gərginləşdirməmək üçün, eyni zamanda din pərdəsi altında fəaliyyət göstərən müəyyən qismin əməllərində hələ ki, dövlətə xəyanət və satqınlıq əlamətlərinin olmamamsını nəzərə alaraq onları məsuliyyətə cəlb etməyiblər".

İlham İsmayıl hesab edir ki, yaranmış vəziyyət, İranın işğalçı Ermənistana məlum dəstəyi, Azərbaycan dövlətini müharibə ilə hədələməsi, İranın buradakı açıq və gizli şəbəkəsinin fəallaşması bu istiqamətdə yeni əməliyyat şəraiti formalaşdırır: "Ona görə, cinayət məsuliyyətinə cəlb etmədən öncə bəzi şəxslərə qarşı profilaktik, xəbərdaredici, yeri gələndə rəsmi çəkindirmə elan edilməsi kimi tədbirlərin görülməsi zəruridir. Dövlət Təhlükəsizlik Xidmətinin bəzi dindar, ilahiyyatçı şəxsləri saxlaması onu göstərir ki, bu adamların əməllərində artıq bəzi sərhədlər keçilib və saxlanılan şəxslərin apardığı iş Azərbaycan dövlətinin təhlükəsizliyinə ciddi zərər vura bilər və ya artıq vurmaq ərəfəsindədir. Ona görə də artıq həmin şəxslərin saxlanılması, görülən profilaktik tədbirlər zərurət həddinə çatıb".

Təhlükəsizlik qeyd edir ki, bu tədbirlərin ictimailəşməsi digərlərinə, həm də onlara göstəriş verən və ya təsiri altına salan ölkəyə-yəni İrana da xəbərdarlıqdır: "Bu şəbəkənin kifayət dərəcədə geniş olmasını və fəaliyyətlərinin insanlar üçün həssas sayılan din pərdəsi altında aparılmasını, ən əsası Azərbaycan dövlətinin təhlükəsizliyinə zərbə vurmağa yönəldiyini nəzərə alıb daha sərt tədbirlərin görülməsini məqsədəuyğun hesab edirik".

"AzPolitikika.info"

635x100

Şərhlər

EKo 2021-10-22 07:41:03

bunnarin hamsinin bashcisi sheyxdi !!!! bilesiz !!! ...yeqin anladiniz ne denek istedim

Niyaməddin 2021-10-21 21:36:23

İlham İsmayıla təşəkkür edirik, minnətdarıq. İranın və onun ətrafında olan bütün terror qruplaşmalarının Azərbaycan respublikasının ərazisində fəaliyyət göstərməsinə əsla imkan verməməliyik. Özlərini dindar hesab edən dini dar olanlarla barışmaz mübarizə aparmalıyıq. Təbii ki, silahla yox, hüquq mühafizə orqanlarına müraciət etməklə.

Elxan 2021-10-21 18:18:23

Şükür başda olmaqla, fars mollalarının Azərbaycanda kök salmış casus yuvasının lider üzvləri-Şahin, Surxay, İlqar təcili surətdə həbs edilməli və vətənə xəyanət maddəsi ilə "damlanmalı" Taleh qardaşlarının yanına göndərilməlidirlər

Eli 2021-10-21 09:52:01

Mence bu molla singine bir attestadiya keçirib bunları saf çürük etmek lazımdır.İranda tehsil alanları cüsusi ile çünki men inanmıram ki İranın din xadimleri Quran oxusunlar çünki onlardd bu seviyye yoxdur İran hele 18-19 - cu esrlerde yaşayır.Normal İranlılar çıxdan Avropa ölkelerinde ve Amerikada özlerind müeyyen mövqeler tutublar .İranın dini müessiseleri ancaqŞeyx Nesrullahlar,casuslar,exlaqsızlar yetişdire biler bir ölkede ki ,din,sitaset ve ticaret bir yerde fealiyyet gösterir orda Allah yada düşmez. Biz fin sahedinde de qardaş Türkiyyeden nümune götürmeliyik.

Son yazılar