Menu

DÇ-2022: Püşkatmanın vaxtı bəlli olub

20.10.2021, 22:09
DÇ-2022: Püşkatmanın vaxtı bəlli olub

Futbol üzrə 2022-ci il dünya çempionatının final mərhələsinin püşkatmasının vaxtı müəyyənləşib.

"Report" ESPN nəşrinə istinadən xəbər verir ki, tədbir 2022-ci il aprelin 1-də keçiriləcək.

Mundialın təsnifat mərhələsinə bu ilin noyabrında yekun vurulacaq.

Qeyd edək ki, dünya çempionatı 21 noyabrın - 8 dekabrda Qətərdə təşkil olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol