Menu

Rostov AES-də buxar sızıntısı olub

21.10.2021, 11:11
Rostov AES-də buxar sızıntısı olub

Rusiyanın Rostov şəhərindəki Atom Elektrik Stansiyasında (AES) buxar sızıntısı olub.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə ikinci enerji blokunun bağlanmasına səbəb olub.

"İkinci enerji bloku şəbəkədən ayrılıb. Təhlükəsiz istismar məhdudiyyətləri və şərtlərinin pozulması qeydə alınmayıb", - məlumatda deyilir.

Qeyd edək ki, Rostov AES Tsimlyansk su anbarının sahilində, Volqodonskdan 13.5 km şimal-şərqdə yerləşir.

Şərhlər

t.ədalət 2021-10-21 23:43:25

Rusiyanın tikdiyi AES-lərin hamısı belə təhlükəli olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol