Menu

Ərdoğan Azərbaycana səfərindən danışıb

21.10.2021, 14:20
Ərdoğan Azərbaycana səfərindən danışıb

“Oktyabrın 26-da Azərbaycana səfərim olacaq. Səfər proqramında Bakıda olmaq nəzərdə tutulmayıb, amma inşallah Füzuli Hava Limanının açılışında iştirak edəcəyəm”.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrikadan qayıdarkən jurnalistlərin sualını cavablandıran zaman deyib.

Türkiyə dövlət başçısı bildirib ki, səfərlə əlaqədər Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirələr aparıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol