Menu

"Narkotiklə mübarizə əməliyyatları kampaniya xarakteri daşımır" - DİN

22.10.2021, 18:43
"Narkotiklə mübarizə əməliyyatları kampaniya xarakteri daşımır" - DİN

Son on gündə Suraxanı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 48 nəfər polisin keçirdiyi tədbirlərlə tutularaq istintaqa cəlb edilib.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, keçirilən əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri kampaniya xarakteri daşımır. Bu istiqamətdə bütün ölkə miqayasında daxili işlər orqanlarının əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol