Menu

Gürcüstanda futbol komandasının məşqçisi olan Azərbaycan vətəndaşı həbs olunub

22.10.2021, 19:15
Gürcüstanda futbol komandasının məşqçisi olan Azərbaycan vətəndaşı həbs olunub

Gürcüstanda seksual xarakterli zorakılıqda ittiham olunan Azərbaycan vətəndaşı Qurban Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Tbilisi Şəhər Məhkəməsi qəbul edib.

Q.Əliyevin vəkili, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi Əli Bədirov müdafiə etdiyi şəxsə böhtan atıldığını bildirib. O, məhkəmə qərarından Appelyasiya Məhkəməsinə şikayət veriləcəyini deyib.

Qeyd edək ki, Q.Əliyev yeniyetmələrdən ibarət “Marneuli” futbol komandasının məşqçisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol