Əfqanıstanın qərbindəki Herat əyalətində yüzlərlə müəllim dörd aydan çoxdur maaş ala bilmir. Onlar hakimiyyəti ələ keçirmiş "Taliban"a bununla bağlı çağırış ediblər.
"Tolo News" xəbər verir ki, müəllimlər ciddi iqtisadi problemlərlə mübarizə apardıqlarını bildirərək İslam Əmirliyindən ödənişlərini asanlaşdırmağı tələb edib. Bəzi müəllimlər, uşaqlarına yemək və tibbi xidmət göstərə bilmədikləri üçün aclığın ailələrini təhdid etdiyindən narahatlıqlarını dilə gətirib. Bir çox müəllimin elektrik haqqını ödəməyə pulu və evlərində elektrik enerjisi yoxdur. Müəllimlər deyir ki, məişət texnikası sataraq yaşamaq üçün pul qazanırlar və indi satacaq heç bir şeyləri yoxdur. Son zamanlar onlarla müəllim müxtəlif çətinliklərə görə ölkəni tərk edib.
"Tolo News"un xəbərinə görə, 10 mini qadın olmaqla ən azı 18 min müəllim maaşlarını almayıb.
Bu arada keçən həftə Samangan və Nuristan əyalətlərindən yüzlərlə həkim Birləşmiş Millətlər Təşkilatının Əfqanıstandakı Yardım Missiyasının (UNAMA) Kabildəkı ofisinin yanına toplaşaraq Dünya Bankından son 14 ay ərzində gözləyən maaşlarını ödəmələrini istəyib.
Taliban ölkəni ələ keçirəndən bəri milyonlarla insanı nağdsız buraxan banklar bağlanıb. İşəgötürənlər işçilərinə maaş verməyib və hətta hesablarında pulu olanlar da geri ala bilmirlər.
AzPolitika.info


Şərhlər
Dövlət çevrilişləri aztəminatlı ailələrin və pensiyaçıların məhvinə səbəb olur.