Menu

Bakıda idmançı zalda ölü tapıldı - FOTOLAR (YENİLƏNİB)

22.10.2021, 21:58
Bakıda idmançı zalda ölü tapıldı - FOTOLAR (YENİLƏNİB)

Bakıda idman zalında məşq edən idmançının ölümü ilə bağlı araşdırmalara başlanılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, 1991-ci il təvəllüdlü Teymur Məmmədrzayevin Səbail rayonu ərazisində yerləşən idman zalında ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

19:17

Bakıda idman zalında məşq edən idmançının ölüm səbəbi açıqlanıb. Zalın sahibi Ceyhun Vəliyev bildirib ki, idmançının meyiti bu gün saat 13:00 radələrində zalın daxilində olan istirahət otağında tapılıb: "Teymur Məmmədrzayev anadangəlmə epilepsiya xəstəliyindən əziyyət çəkirdi. Ekspertizanın rəyinə görə, onun epilepsiyası tutub və vəfat edib".

O qeyd edib ki, T.Məmmədrzayev yarışa hazırlaşırdı və zalda məşq edirmiş.

17:28

Bakıda fitnes məşqçisi vəfat edib.

Oxu.Az-ın məlumatına görə, bu gün günorta radələrində Teymur Əmir oğlu Məmmədrzayev məşq etdiyi idman zallarından birində dünyasını dəyişib.

İlkin məlumatlara görə, 1991-ci il təvəllüdlü idmançı yarışa hazırlaşırdı.

Onun ölüm səbəbi hələlik məlum deyil.

Şərhlər

Telebe 2021-10-23 17:29:46

Mensheyi bilinmeyen prateyinnen vurullar. Sonra da olub gediller

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol