"AY.4.2 ştamı yüksək yayılma səviyyəsinə malik ola bilər" - Britaniya agentliyi

“Delta” ştamının altnövü olan və son həftələrdə Böyük Britaniyada fəal yayılmağa başlayan AY.4.2 ştamı ilkin hesablamalara görə, daha ağır xəstəliyə səbəb olmur.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Səhiyyə sahəsində təhlükəsizlik agentliyinin məlumatında belə deyilir.

Bununla belə, agentlikdən bildiriblər ki, iyul ayında aşkar edilmiş AY.4.2 ştamına “öyrənilən variant” statusu verilib, bu isə bu ştama yoluxma hallarının artmasından xəbər verir. Hazırda yeni yoluxma hallarının 10%-i bu ştamın payına düşür. Əgər yaxın həftələrdə yoluxma hallarının artması davam edərsə, bu ştama “narahatlıq doğuran variant” statusu verilə bilər.

Qeyd edək ki, hazırda Böyük Britaniyada “delta”, “alfa”, “qamma” və “beta” ştamları məhz bu statusa malikdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar