Bakıda ərini öldürən qadının məhkəməsi başlayır

Mayın 9-da 1952-ci il təvəllüdlü Rəşid Axundovun kirayədə yaşadığı mənzildə öldürülməsi faktı ilə Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatına görə, həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə müəyyən edilib ki, zərərçəkmişin arvadı İnnesa İsmayılova qeyd edilən tarixdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Rəşid Axundovu spirtli içkinin təsiri altında olmasından istifadə edərək evin dəhlizində itələyərək yerə yıxıb, bununla kifayətlənməyərək əməlini davam etdirib Rəşid Axundovun boynundakı gümüş boyunbağıdan tutub dartmaqla sonuncunu boğaraq öldürüb.

İnnesa İsmayılova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar