Rusiya vətəndaşlarına Gürcüstanda daşınmaz əmlak almaq qadağan oluna bilər

Rusiya vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak almasına qadağanın qoyulması təklif olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli “BusinessPressNews” nəşri yazıb.

Müvafiq təkliflə qanunverici orqana Gürcüstan vətəndaşı Mamuka Qvadzabiya müraciət edib. Onun sözlərinə görə, Rusiya Gürcüstan ərazilərini işğal altında saxladıqca bu ölkənin vətəndaşlarının Gürcüstanda daşınmaz əmlak alması/qeydiyyatı qadağan edilməlidir.

Parlament bürosunun qərarı ilə Prosedur məsələlər və qaydalar Komitəsinə qanunvericilik təşəbbüsünü nəzərdən keçirmək tapşırılıb. Bundan sonra büro məsələ ilə bağlı qərarını açıqlayacaq.

Nəşrdə qeyd olunub ki, son illər ərzində Rusiya vətəndaşlarının Gürcüstanda əldə etdiyi daşınmaz əmlakların sayı barədə dəqiq məlumat yoxdur. Lakin 2019-cu ilin məlumatına əsasən, Gürcüstanda son 4 il ərzində xarici ölkə vətəndaşlarının qeydiyyata aldığı daşınmaz əmlakların 40 %-i Rusiya vətəndaşlarının payına düşür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar