Türkiyə 10 ölkənin səfirini "persona non qrata" elan edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İşlər Nazirliyinə ABŞ, Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç və İsveç səfirlərini "persona non grata" elan etməyi tapşırıb.

"Report" xəbər verir ki, bu barədə R.T.Ərdoğan Eskişehirdə çıxışı zamanı deyib.

Türkiyə Xarici İşlər Nazirliyi səfirləri yanına çağıraraq onlara Vyana Konvensiyasına riayət edilməsinin zəruriliyini xatırladıb.

Məlumata görə, diplomatlar Türkiyə hakimiyyəti tərəfindən 2016-cı ilin iyulunda dövlət çevrilişinə cəhddə təqsirləndirilən Osman Kavalanın məhkəməsi ilə bağlı sosial şəbəkələrdə səsləndirdikləri ifadələrlə əlaqədar arzuolunmaz şəxs elan ediliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar