Menu

Biləsuvar sakini 4 həmkəndlisini bıçaqlayıb

23.10.2021, 21:11
Biləsuvar sakini 4 həmkəndlisini bıçaqlayıb

Ötən axşam Biləsuvar rayonunun Amankənd kəndində yerləşən çayxanada həmkəndlilər arasında mübahisə yaranıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, sonradan çayxanadan çıxıb evə getdikləri zaman Qoşqar Orucov bıçaqla 4 həmkəndlisinə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Nəticədə 1995-ci il təvəllüdlü Ərəstun Şahmarovun xəsarəti yüngül olsa da, digər 3 nəfər - 1989-cu il təvəllüdlü Sənan Yəhyayev, 1990-cı il təvəllüdlü İsa Abbasov, 1992-ci il təvəllüdlü Tural Yəhyalı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol