Menu

İmişli sakinindən 2,2 kq narkotik vasitə götürülüb

25.10.2021, 09:21
İmişli sakinindən 2,2 kq narkotik vasitə götürülüb

İmişli rayon polis şöbəsi (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Rəsullu kənd sakini, əvvəllər məhkum olunan Nahid Zaman oğlu Əzizovun evinə baxış zamanı oradan 54 qramdan artıq heroin, 4 qramdan artıq tiryək, 9 qrama yaxın metamfetamin və 2 kiloqram 251 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, N.Əzizovun evində qonaqları- əvvəllər məhkum olunmuşlar Sənan Pəhləvan oğlu İsmayılovun və Cabbar Tahir oğlu Cabbarlınının üzərilərinə baxış zamanı onlardan narkotik vasitə olan heroin götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol