Menu

“Günay Bank” cari ilin 3-cü rübünü uğurla başa vurub

25.10.2021, 20:25
“Günay Bank” cari ilin 3-cü rübünü uğurla başa vurub

“Günay Bank” ASC-nin açıqladığı son hesabatdan məlum olur ki, bank 2021-ci ilin 3-rübündə də öz   inkişaf tendensiyasını davam etdirib.

9 ayın yekununa görə "Günay Bank" ümumikdə 398760 manat məbləğində mənfəət əldə edib. 

İlin əvvəlinə nisbətən Bankın aktivləri 11155.25 min manat artaraq, 256198.16 min manata çatıb.

Ümumi kredit portfeli isə ilin əvvəlinə nisbətən 9883.43 min manat artmaqla, ümumilikdə 202984.06 min manat təşkil edib. 

Bankın məcmu kapitalı isə ilin əvvəlinə nisbətən 463.9 min manat artaraq, 65311.01 min manata yüksəlib.

Bu isə bankın stabil və düzənli inkişafının göstəricisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol