İlahiyyatçı Əhliman Rüstəmov sərbəst buraxılıb. Bu barədə ilahiyyatçının oğlu Qasım Rüstəmov sosial şəbəkədə məlumat verib. Rüstəmovun işinin təfərrüatları açıqlanmır.
***
"Hacı Cavad" məscidinin keçmiş axundu Əhliman Rüstəmov bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən saxlanılıb.
Oğlu Qasim Rüstəmovun Turan agentliyinə verdiyi məlumata görə, atasını evdən aparıblar. Bu zaman mənzildə axtarış aparılıb və dini ədəbiyyat müsadirə edilib. İlahiyyatçının ailəsinə onun saxlanılmasının səbəbini açıqlamayıblar.
Qeyd edək ki, son günlər bir neçə şiə ilahiyyatçı saxlanılıb. Amma onlardan yalnız birinə - Sərdar Babayevə rəsmi ittiham irəli sürülüb. O, Azərbaycan CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.


Şərhlər