Menu

"NATO Avroittifaq ordusunun yaradılması ilə barışmalıdır" - Fransanın müdafiə naziri

26.10.2021, 00:08
"NATO Avroittifaq ordusunun yaradılması ilə barışmalıdır" - Fransanın müdafiə naziri

Şimali Atlantika Alyansının (NATO) Avroittifaq (Aİ) ordusu yaradılmasından qorxmasına dəyməz - bununla sadəcə, barışmaq lazımdır.

Belə bəyanatla Fransa Silahlı Qüvvələr (SQ) naziri Florens Parli çıxış edib.

«Avropanın müdafiəsi NATO-nun əksinə formalaşmır, tamamilə əksinə: Avropanın möhkəmləndirilməsi avtomatik olaraq alyansın möhkəmləndirilməsinə və həyati qabiliyyətinin yüksəldilməsinə xidmət edəcək» - onun sözlərindən «Röyter» agentliyi sitat gətirir.

Agentlikdə həm də xatırladıblar ki, ümumavropa ordusunun yaradılması mövzusu yenidən aktuallaşıb - Fransanın və AUKUS ittifaqı üzvlərinin (Avstraliya, Böyük Britaniya və Birləşmiş Ştatlar) yaxınlaşması fonunda.

Sentyabrın 2-də Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrel xəbər verib ki, müdafiə və təhlükəsizlik final layihəsi («Aİ strateji kompası») oktyabr-noyabr aylarında hazır olacaq. Göstərilir ki, öz məqsədinə görə, sənəd Aİ doktrinasına və NATO-nun strateji konsepsiyasına yaxın olacaq.

NATO-nun Baş katibi Yens Stoltenberq isə bəyan edib ki, Aİ ümumi silahlı qüvvələrinin yaradılması NATO-nun zəiflədilməsi kimi neqativ effekt yaradar və Avropa Birliyinin özünün parçalanmasına gətirər.

O, dəqiqləşdirib ki, problemin kökündə maliyyə məsələsi dayanır, belə ki, NATO-nun müdafiə xərclərinin 80 faizi alyansın o üzvlərinin üzərinə düşür ki, onlar Aİ üzvü deyillər. Göstərilən kateqoriya altına ABŞ, Böyük Britaniya, İslandiya, Norveç, Kanada və Türkiyə düşür. Bunlar isə Avropa təhlükəsizliyinin açar ounçuları sayılırlar.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol