Menu

Tatarıstan Dumanın qanun layihəsini tanımaqdan imtina etdi – Prezident vəzifəsi saxlanılacaq

26.10.2021, 15:09
Tatarıstan Dumanın qanun layihəsini tanımaqdan imtina etdi – Prezident vəzifəsi saxlanılacaq

Tatarıstan parlamenti Dövlət Dumasının respublikaların prezident vəzifəsinin ləğv olunmasını məcburi edən qanun layihəsini tanımaqdan imtina edib.

Xəbəri oktyabrın 25-də «Kommersant» yayıb. Tatarıstan Respublikası Dövlət Şurasının Dövlət quruculuğu komitəsinin başçısı Albert Xabibullinin qeyd etdiyi kimi, bu qanun layihəsinin ayrı-ayrı müddəaları «Rusiya Federasiyasının demokratik federativ hüquqi dövlət kimi əsas konstitusion quruluşu ilə ziddiyyət təşkil edir».

Qeyd olunur ki, qanun layihəsinin dəstəklənməməsi qərarı 82 deputatla tam səslə qəbul olunub. Xabibellin təklif edib ki, bu məsələnin müzakirəsinə vaxt itirilməsin. Tatarıstan Dövlət Şurasının spikeri Fərid Mühəmmədşin onu dəstəkləyib və istisna etməyib ki, deputatlar gələcəkdə qanun layihəsinin müzakirəsinə qayıda bilərlər.

Beləliklə, Tatarıstan açıq şəkildə Rustam Minnixanovun respublikanın Prezidenti çağırılması hüququnu dəstəkləyib.

Xatırladırıq ki, senatorlar Andrey Klişas və deputat Pavel Kraşenikov tərəfindən Dövlət Dumasına təklif olunmuş qanun layihəsi Rusiyada reional hakimiyyət orqanlarının vahid strukturunu və iş prinsipini nəzərdə tutur. Xüsusilə, qubernator - bölgənin ali vəzifəli şəxsi - yeni qanun layihəsinə görə, mütləq şəkildə kütləvi hakimiyyət orqanına çevrilir, onun vəzifəsi isə rəsmi olaraq, subyektin adı göstərilməklə, «başçı» kimi səslənir.

Qanun layihəsində söhbət Rusiyanın bütün bölgələrindən getsə də, tam aydındır ki, bu qanun məhz Tatarıstan üçün hazırlanıb. Belə ki, burada hələ də rəsmi olaraq, Prezident vəzifəsi saxlanılır.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol