Menu

"İlham Əliyevlə regional məsələləri bütün detalları ilə müzakirə etdik" - Türkiyə Prezidenti

26.10.2021, 21:03
"İlham Əliyevlə regional məsələləri bütün detalları ilə müzakirə etdik" - Türkiyə Prezidenti

"Türkiyə olaraq üzərimizə düşəni etməyə, qardaş Azərbaycana hər cür dəstəyi verməyə davam edəcəyik”.

“Report”un xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilanda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatla çıxış edən zaman deyib.

“Bu gün İlham Əliyevlə görüşlərimizdə ikili və regional məsələləri bütün detalları ilə müzakirə etdik. İqtisadi və ticarət sahəsində işbirliyimizin genişləndirilməsini, enerji, nəqliyyat və Qarabağın inkişafı sahəsində mövcud durumu, gələcəyə dair planları da nəzərdən keçirdik. Eyni zamanda Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə çatdırdığımız əlaqələrimizi necə daha da inkişaf etdirəcəyimizi müzakirə etdik", - deyə dövlət başçısı vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol