Menu

Nabrandakı məşhur istirahət mərkəzi satışa çıxarıldı - 30 milyon manat

26.10.2021, 23:32
Nabrandakı məşhur istirahət mərkəzi satışa çıxarıldı - 30 milyon manat

Xudat şəhərinin Nabran qəsəbəsində "Atlant” istirahət mərkəzi satılır.

Bu barədə pulsuz elanlar saytının birində elan yerləşdirilib. Elanda deyilir ki, 3 hektar ümumi sahəsi olan istirahət mərkəzinin bütün sənədlər qaydasındadır.

Qeyd etmək lazımdır ki, istirahət mərkəzinin daxilində kotteclər və lüks kotteclər, hətta 6 mərtəbəli otel mövcuddur. Kottec və nömrələr sanitar qovşağı, mebel, yataq mebeli, televizor, kondisioner ilə təchiz edilib.

Eyni zamanda istirahət mərkəzində 350 nəfərlik restoran milli və Avropa mətbəxindən yeməklər təklif edir. O cümlədən mətbəx, yay restoranı, səhnə, uşaqlar üçün əyləncə yeri, besedkalar inşa edilmişdir və fəaliyyət göstərir.

Elanda qeyd olunub ki, Mərkəzin bu günə qoyulan qiyməti 30 000 000 manatdır.(qaynarinfo)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol