Menu

Azərbaycanda gələn il üçün səhiyyə sahəsinə 1 788 619 634,0 manat ayrılıb

27.10.2021, 09:29
Azərbaycanda gələn il üçün səhiyyə sahəsinə 1 788 619 634,0 manat ayrılıb

Gələn ilin dövlət büdcəsindən səhiyyə sahəsi üçün 1 788 619 634,0 manat vəsait ayrılıb.

“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcənin layihəsində əksini tapıb.

Layihədə qeyd olunub ki, həmin xərclərin 1 664 544,0 manatı poliklinikalar və ambulatoriyalara, 171 143 669,0 manatı xəstəxanalara, 2 588 726,0 manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara, 1 613 222 695,0 manatı səhiyyə sahəsində proqramlar və digər xidmətlərlə ayrılıb.

Eyni zamanda səhiyyə üçün ayrılan vəsaitdən 1 125 674 629,0 manatı isə əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlər proqramlarının və tədbirlərinin maliyyə təminatı üçün nəzərdə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol