Seçkilərdən sonra Ukraynanın şərqində vəziyyət gərginləşib
Ukraynada parlament seçkilərindən bir gün sonra Rusiya tərəfdarı separatçıların hədəfi olan Donetsk şəhərində raket hücumları həyata keçirilib.
ANS PRESS-in məlumatına görə, Donetsk şəhəri meriyası yüksək kalibrli silahlardan atəşlər açıldığını və partlayışlar baş verdiyini bildirib.
Sentyabr ayında Kiyevlə Rusiya tərəfdarı separatçılar arasında atəşkəs barədə razılıq əldə edilməsinə baxmayaraq, bölgədə vəziyyət gərgin olaraq qalır.
Bu arada, Ukraynanın şərqində 3 milyona yaxın insan bazar günü keçirilən parlament seçkilərində iştirak edə bilməyib.
Ukrayna prezidenti Pyotr Poroşenko exit-polun nəticələrinin onun demokratik islahatları və Avropa İttifaqı ilə daha yaxın əlaqələrin qurulması səylərinə güclü dəstək verildiyini deyib.


Şərhlər