Menu

"ABŞ Cənubi Qafqazda kommunikasiyaların açılmasını dəstəkləyir" - Li Litzenberqer

27.10.2021, 14:40
"ABŞ Cənubi Qafqazda kommunikasiyaların açılmasını dəstəkləyir" - Li Litzenberqer

"ABŞ Cənubi Qafqazda regional əlaqələrin qurulmasında çox maraqlıdır. Bu, həm quru yollara, həm dəmir yoluna, həm də hava nəqliyyatına aiddir. Biz regionun hər üç ölkəsi arasında iqtisadi inkişafı təşviq edən addımları dəstəkləyirik".

"Report"un Qərb bürosu xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Li Litzenberqer Gəncədə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, bu cür inkişafı dəstəkləyən addımlara töhfəsini versin”, - diplomat bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol