Menu

Ərdoğan Makronla görüşəcək

27.10.2021, 16:31
Ərdoğan Makronla görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

APA-nın yerli bürosunun CNN “Türk”ə istinadən verdiyi xəbərə görə, görüş 30-31 oktyabr tarixlərində İtaliyanın paytaxtı Romada keçiriləcək G-20 sammiti zamanı baş tutacaq.

Görüşdə tərəflər Türkiyə-Avropa İttifaqı əlaqələri və Şərqi Aralıq dənizinin təhlükəsizliyi məsələsi başda olmaqla bir çox mövzularda müzakirə aparacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol