Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə Arif Məmmədov təyin olunub.
"APA-Economics"in əldə etdiyi məlumata əsasən, o, bu təyinata qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinin müdiri vəzifəsində işləyib.
A. Məmmədov Bakı Dövlət Universitetində Beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr və magistr təhsili alıb.
O, həmçinin Çexiyanın Praqa Metropolitan Universitetində Beynəlxalq münasibətlər və Avropa araşdırmaları, Kanadanın Ottava Universitetinin Telfer İdarəçilik Məktəbində Biznesin idarə edilməsi ixtisasları üzrə magistr dərəcəsi əldə edib.
A. Məmmədov müxtəlif illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında, Xarici İşlər Nazirliyində və ölkəmizin bir sıra ölkələrdəki səfirliklərində çalışıb.


Şərhlər
Vəzifələrə,onsuz da savadsız kadrlar təyin olunur.Təyinat zamanı,heç olmasa, itirdiklərimizin xatirinə müharibə ilə bağlı xidmətləri olanları,daha doğrusu,döyüş iştirakçılarına üstünlük verilməlidir.İcra hakimiyyəti orqanlarına da orduya adı yazdırılmış arxalı adamları yox,faktiki vətən uğrunda zədə almış qaziləri seçmək lazımdır.
Məncə,bu adamın da ordu ilə bağlılığı yoxdur.Necə deyərlər,vətənin müdafiəsində yox,vəzifələrin talanında birinci.