Menu

Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinən şəxsin şikayəti təmin edilmədi

28.10.2021, 16:19
Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinən şəxsin şikayəti təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.

APA xəbər verir ki, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci intansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, S. Qəhrəmanlı xalası oğlu Ə. Ağayev tərəfindən zorlandığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə Ə. Ağayev 4 ay həbs qətimkan tədbiri seçilib.

Şərhlər

Arif Əliyev 2021-10-28 22:59:32

Şərəfsizi .... lazımdır,İnşallah layiq olduğu cəzadanda artığını görəcək,belələrini mütləq "xoşbəxt"etmək lazımdır.

GƏNCƏ 2021-10-28 17:07:00

O biqeyrət gədəni 4 ay yox,qazamatda çürütmək lazımdır.Yada O məsələ....

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol