Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 420 yeni yoluxma faktı qeydə alınıb, 1 358 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 524 788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489 032 nəfər müalicə olunaraq sağalıb, 6 995 nəfər vəfat edib. 28 761 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 827, bu günə qədər isə ümumilikdə 5 158 035 test icra olunub.


Şərhlər
Hər kəs soyuq yeməklərdən, içkilərdən uzaq durmalıdır, özünü soyuğa verməməli, qalın geyinməlidir. Dükanlarda satılan ərzaqlardan maksimum az istifadə edilməlidir. Peyvənd vurdurmaq istəyənlərə Çinin “Sinovak” şirkətinin istehsal etdiyi “KoronaVak” peyvəndi daha çox məsləhətlidir. Atam bu sahədə çalışdığı üçün bu peyvəndi sizlərə də məsləhət görürəm. Allah hamımıza kömək olsun!
Bu peyvənd bəs nəyə yariyir????