Menu

Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları keçib

29.10.2021, 12:31
Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları keçib

Azərbaycanını strateji valyuta ehtiyatları cari ilin yanvar-sentyabr aylarında 3,4% və ya 1,7 mlrd. ABŞ dolları artaraq 52,5 mlrd. dollara çatıb.

"APA-Economics"in məlumatına görə, bunu faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

Qeyd edək ki, ölkənin strateji valyuta ehtiyatları AMB-nin rəsmi valyuta ehtiyatları və Azərbaycan Dövlət Neft Fondunun məcmusudur.

Şərhlər

molla Nəsrəddin 2021-10-29 15:47:09

mollaya deyirlər ki,bizə plov aparırlar deyir mənə nə! yox ey sizə plov aparırlar deyir sizə nə!

AVB sədrinə 2021-10-29 14:18:20

Strateji Valyuta Ehtiyatlar nəyə nəzərdə tutulub? İsveçrənin BANKİR şöhrətini yüksəltmək üçünmü? Beynəlxalq qurumlardan asılılıq üçünmü? Yeni qazneft kəmər iüçünmü?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol