Menu

Əsədin təyyarələri bu şəhəri bombaladı

27.10.2014, 20:25
Əsədin təyyarələri bu şəhəri bombaladı

Suriyanın Cobar şəhərinə bir neçə aviazərbə endirilib

Suriyada hökumət qüvvələrinə məxsus döyüş təyyarələri üsyançıların istinadgahlarına aviazərbələr endirib.

ANS PRESS-in məlumatına görə, bu barədə İranın "Fars" xəbər agentliyi və Suriyanın "Orient News" telekanalı məlumat yayıb.

Məlumata görə, aviazərbələr paytaxt Dəməşq yaxınlığındakı Quta bölgəsinin Cobar şəhərinə endirilib.

Hökumət qüvvələrinin həmin ərazidə üstünlüyü ələ alması nəticəsində xeyli sayda üsyançının öldüyü və yaralandığı bildirilir.

Cobar şəhərinə aviazərbələrin endirilməsini əks etdirən kadrlar da yayılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol