Menu

"Smart kart tipli sayğaclar bütün dünyada bazardan çıxır" - "Azəriqaz"

29.10.2021, 12:54
"Smart kart tipli sayğaclar bütün dünyada bazardan çıxır" - "Azəriqaz"

"Mexaniki sayğacların üzərinə quraşdırılan qurğular birbaşa olaraq həmin sayğacı nəzarətdə saxlamağa, onun oxunuşunu həyata keçirməyə imkan verəcək".

“Report” xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” zamanı bildirib.

"Artıq 50 minə yaxın bu tip sayğac əsasən yeni tikilmiş binalarda quraşdırılıb. Bu proseslə yanaşı smart kart tipli sayğacların istismarı, alışı dayandırılmayıb. Hazırda da anbarlarda kifayət qədər bu tip sayğac var. Bununla abonetlər üçün seçim imkanı saxlamışıq", - R. Əliyev qeyd edib.

Onun sözlərinə görə, ay ərzində cəmi 10-15 abonent sonradan ödəniş sayğacının əvvəlcədən ödəniş sayğacı ilə əvəz edilməsi ilə bağlı bizə müraciət edir: "Smart kart tipli sayğaclar artıq bütün dünyada bazardan çıxır. Heç bir qaz satışı həyata keçirən müəssisələrdə artıq onlar yoxdur. Avropanın özündə bu gün adi mexaniki tipli sayğaclardan istifadə olunur. Adətən smart kart tipli sayğaclar abonentin ödənişi həyata keçirə bilmədiyi zaman quraşdırlır. Bizdə isə abonetlərin ödəniş səviyyəsi çox yüksəkdir. Bu ilin 9 ayının nəticələrinə görə yığım səviyyəsi 100 %-in üzərindədir".

Şərhlər

turan 2021-10-29 16:24:59

vaxt var idi deyirdilər ki, bütün avropa smart sayğac işlədir, nə isə sərf eləmədi indi dəyişmək istəyirlər

t.ədalət 2021-10-29 14:40:47

"Smart kart" sayğaclarına "biclik" əlavə etmək mümkün olmadığına görə ləğv edilir.Məsələn,su sayğaclarına,lazım gələndə,abonentin xəbəri olmadan onun cibinə girmək üçün 5-10 manat əlavə etmək olur.İndi qaz sayğaclarını da belə edəcəklər.Oğurlayın,görək,hara kimi gedəcəksiniz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol